Taekvodoçumuz dünya çempionatında mübarizəni dayandırdı

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında ikinci görüşünü keçirib.

Newsport.az xəbər verir ki, o, 1/16 finalda çinli Çenminq Xiao ilə qarşılaşıb. İlk döyüşündə Eldar Kurmanaliyevə (Qırğızıstan) qalib gələn təmsilçimiz bu dəfə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right