Azərbaycan birinciliyinə yekun vuruldu

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb.

Newsport.az-ın məlumatına görə, turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet iştirak edib.

Son yarış gününə ağırçəkili atletlərin mübarizəsiylə yekun vurulub. 89 kq çəki dərəcəsində Hüseynəli İbrahimov, 96 kq çəki dərəcəsində Muhəmmədəli Məmmədzadə, 102 kq çəki dərəcəsində Ruslan Mustafayev, +102 kq dərəcəsində isə Sadiq Əliquliyev qalib adını qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right