Azərbaycan birinciliyində ilk qaliblər bəlli oldu

Mayın 25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Newsport.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edəcək.

Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right