Azərbaycanlı stolüstü tennisçi Çinə yollandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Newsport.az-ın məlumatına görə, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir.

İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır.

Qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right