Azərbaycanın iki avarçəkəni Avropa çempionatında iştirak edəcək

Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

Newsport.az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaq.

Məmmədzadə yüngül, Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcək. Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 25 - 28 mayda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right