Super seriyada ümumi hesab bərabərləşdi

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ikinci oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunun sonuna yaxın üstünlüyü əldən verən “Sabah” komandası 74:78 hesabı ilə məğlub olublar.

Bu qələbə ilə “Gəncə” seriyadakı hesabı bərabərləşdirib – 1:1.

Final seriyasının üçüncü oyunu mayın 24-də saat 19:30-da baş tutacaq.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (14 xal, 7 ribaund), “Sabah”dan isə Entoni Patti (26 xal, 14 ribaund) olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right