Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının ikinci oyunu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:30-da start götürəcək.

Mayın 20-dəki ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti matçı mayın 24-də gerçəkləşəcək. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right