Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.
Qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa və 3 lent və 2 topla hərəkətlərin icrasında finalçılar da müəyyənləşib. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa, 3 lent və 2 topla hərəkətlərin icrasında finala vəsiqə əldə ediblər.
Çempionat mayın 21-də yekun vurulacaq.