“Roland Qarros” ulduzlarını itirir

Gələn həftə start götürəcək mötəbər “Roland Garros” turniri ilə bağlı xoş olmayan xəbərlər gəlməkdə davam edir. Rəsmi açıqlama olmasa da, İspaniya mətbuatının məlumatına görə, Rafael Nadal yarışda zədə səbəbi ilə iştirak edə bilmyəcək. Keçənilki turnirin qalibi və ümumilikdə 14 dəfə Fransa Açıq çempionatını qazanan ispan tennisçi Avstraliyada aldığı zədədən qurtula bilmir.

Dünən isə başqa üzücü hadisə baş verib. Romada keçirilən “Masters” turnirində qadınların reytinq cədvəlində ilk sırada olan İqa Svyontek zədələnib. Yelena Rıbakina ilə oyunda budundan zədə alaraq oyunu tamamlaya bilməyən polyak tennisçinin “Roland Qarros” turnirini buraxacağı söylənilir. Onun səhhəti ilə bağlı dəqiq məlumat bu gün MRT yoxlanışından sonra veriləcək.

Qeyd edək ki, Romadakı turnirdən kənar qaldıqdan sonra Svyontekin reytinq cədvəlində Alina Sobolenka ilə arasındakı fərq də aşağı düşəcək. Hazırda o , belaruslu tennisçini 1400 bal qabaqlayır. Üçüncü yerdə Cessika Pequla, 4-də Karolin Qarsiya, 5-də isə qazaxıstanlı Yelena Rıbakinadır.

Kişilərin reytinqinə Novak Cokoviç başçılıq edir. Lakin gələn həftənin əvvəlində bu yerin yeni sahibi ispan tennisçi Karlos Alkaras olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right