Final seriyasının təqvimi müəyyənləşdi

Mayın 20-dən etibarən Azərbaycan Basketbol Liqasında “Sabah” və “Gəncə” komandaları arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək.

Newsport.az xəbər verir ki, ilk görüş 20 may saat 19:30-da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Final seriyasında 2-ci oyun 22 may, 3-cü oyun isə 24 may saat 19:30-da “Sərhədçi” İdman Mərkəzində oynanılacaq.

Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Bundan əlavə, 19 may saat 19:30-da “NTD” və “AAAF Xırdalan” komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda görüş baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right