Teymur Rəcəbov: "Karlsenin imtinasını bilsəydim, İddiaçılar Turnirində fərqli oynayardım"

"Maqnus Karlsenin şahmat tacı uğrunda görüşdən imtina edəcəyini əvvəlcədən bilsəydim, İddiaçılar Turnirində başqa cür oynayardım".

Newsport.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Gazeta.Ru" saytına açıqlamasında deyib.

36 yaşlı qrossmeyster həmin vaxt yaxşı formada olmadığını da etiraf edib: "İki məğlubiyyətdən sonra daha rahat davranmağa və ümumiyyətlə başqa şahmat oynamağa başladım. Məsuliyyət aradan qalxdı, məndən gözləntinin olmadığını başa düşdüm və sərbəst oynadım".

Qeyd edək ki, norveçli Maqnus Karlsenin imtinasından sonra çinli Din Liren şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə rəqib olub və ona qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right