Millinin yeni baş məşqçisi: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik”

“Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".

Newsport.az-ın məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında deyib.

Mütəxəssis avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib. O, eyni zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb: “Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right