Türkiyəli baş məşqçinin AVF ilə müqaviləsinin müddəti bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin müqavilə müddəti bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub.

Qeyd edək ki, Ataman Güneyligilin köməkçisi vəzifəsinə həmyerlisi Gençer Yarkın gətirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right