Azərbaycan yığması dünya kubokunda 8-ci oldu

Gürcüstanın Batumi şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət yığmamız komanda yarışında 8-ci olub.

İlk görüşdə Gürcüstan seçmə kollektivinə 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız növbəti görüşdə Almaniya millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü 8-liyə yüksəlib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Dünya Kubokunun Batumidə keçirilən mərhələ yarışında birinci olan Ukrayna yığmasına 37:45 hesabı ilə uduzub. Sablya üzrə qadınlardan ibarət komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Yaponiya (31:45) və Macarıstan (42:45) yığmalarına məğlub olub.

Şəxsi yarışda Palina Kaspiaroviç ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turniri qızıl medalla başa vuran fransız Sara Balzara (6:15) məğlub olub. Səbinə Kərimova isə ən güclü 8-liyə vəsiqə uğrunda keçirilən görüşdə turnirin finalçısı olan digər Fransa təmsilçisi Karolin Queroliyə (6:15) uduzub. Anna Başta isə çinli Yaqi Şaoya (13:15) ən güclü 8-likdən kənarda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right