Azərbaycanlı güləşçilər Argentinada medal qazandı

Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi keçirilib.

Newsport.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş, 1 bürünc medal qazanıb.

70 kq çəkidə mübarizə aparan Ramiz Həsənov B qrupunun son turunda Vilfredo Rodrigesə (Venesuela) 3:0 hesabıyla qalib gəlib və qrup qalibi kimi 1/4 finala yüksəlib. Albaro Kamaçonu (Dominikan) 3:0 hesabıyla məğlub edən Həsənov yarımfinalda Servet Coşkuna (Türkiyə) uduzub - 0:4. Ramiz rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək bürünc medala sahib çıxıb.

İbrahim Yusubov (90 kq) A qrupunda sonuncu turda Elton Morrisondan (Panama) güclü olub - 3:0. Qrup qalibi kimi 1/4 finala yüksələn Yusubov 1/4 finalda fransalı Matis Mayrandı, yarımfinalda isə macarıstanlı Patrik Puespoekini eyni hesabla (3:0) üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) uduzan İbrahim gümüş medal qazanıb.

Oyan Nəzəriani (+90 kq) E qrupunun sonuncu turunda argentinalı Nikolas Baez görüşə gəlmədiyi üçün qalib elan edilib və 1/4 finala vəsiqə qazanıb. Ancaq bu mərhələdə türkiyəli Fatih Yaşarlıya minimal fərqlə (1:2) məğlub olub.

Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi Sinqapurda (10-11 iyun) keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right