Azərbaycan millisi Afrika çempionatında iştirak edəcək

Tunisin paytaxtı Tunisdə mayın 11-18-i aralığında ağır atletika üzrə 33-cü Afrika çempionatı oynanılacaq.

Newsport.az-ın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edəcək üzvləri bəlli olub. Millinin heyəti aşağıdakı kimidir:

Qadın: Nazilə İsmayılova (45 kq)
Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq).

Azərbaycan millisinin başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunacaq yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right