Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verildi

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar. Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 9 may tarixində baş tutacaq.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (19 xal, 12 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (26 xal, 9 asist) olublar.

Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") bu gün saat 19.30 -da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right