Rüstəm Orucova Avropa Cüdo Birliyində vəzifə verildi

Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasının üzvü təyin edilib.

Newsport.az-ın məlumatına görə, 2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib. 

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib. 

Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 

Qeyd edək ki, R. Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right