Dünya çempionatı: Bir boksçumuz 1/8 finalda, biri uduzdu

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, mundialın 5-ci günündə Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayıb.

İlk döyüşündə Suleyman Samqhoulini (Mərakeş) məğlub edən Ümid Rüstəmov (57 kq) 1/16 finalda türkiyəli Batuhan Citfçi ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə bitib. O, 5:2 (28:29, 29:28, 28:29, 29:28, 30:27, əlavə hakimlər 2:0) hesabı ilə qalib gəlib.

Rüstəmov 1/8 finalda Xavyer İbanes Diasla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) isə ikinci döyüşünü qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mundialın 6-cı günündə millimizin boksçularından Nəbi İsgəndərov (67 kq) Ali Habibinejadla (İran) qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right