Bayraqla bağlı qadağalar olacaq ermənilərə görə

Ermənilərin tərbiyəsizliyi üzündən qaydalar dəyşdiriir. İrəvandakı son insidentdən sonra Beynəlxalq Ağır Atletka Federasiyası (IWF) belə bir addım atmağa məcbur olub.

Newsport.az xəbər verir ki, qurumun prezidenti Mohamed Jaloud idmançıların mükafatlandırma mərasiminə ölkə bayraqları lə qatılmasını qadağan edəcəklərini bildirib. Bu qərarın səbəbi bir neçə olaydır və hamısında erməni izi var.

Aprelin 14-də Ermənistanda start götürən Avropa Çempionatının açılış mərasimində təşkilatçılar Azərbaycan bayrağının yandırılmasına şərait yaratmışdı. Yekunda mllimiz yarışdan uzaqlaşdı. Daha öncə isə Albaniyada keçirilən gənclərin qitə birincilyində Türkiyə və Ermenistan idmançıları bayraqlarıyla podimda bir-birinə qarşı aqressiv hərəkət etmişdilər.

IWF prezident qurumun İdarə Heyətinin toplantısında qadağaların rəsmən qəbul ediləcəyini bildirib. Bayraqlar mükafatlandırma mərasimlərində görünəcək, ancaq onlar idmançıların əlində yox, ekranda görüntü şəklində nümayiş etdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right