Federasiyada yeni baş katib

Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat olub.

Newsport.az xəbər verir ki, federasiyanın baş katib vəzifəsində dəyişiklik edilib.

Qurumdan verilən məlumata görə, Fərid Bənənyarlı başqa işə keçməsi səbəbindən vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub.

Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. Həsənov bu vəzifəyə qədər “Avto Lizinq Azərbaycan MMC”-də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right