İdmançılarımızın yeni reytinq cədvəli açıqlanıb

Azərbycan Respublikasının Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Newsport.az xəbər verir ki, ilk pillədə 810 xalla bədii gimnast Zöhrə Ağamirovadır.  725 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci yerə düşüb.

İdman gimnastı Nikita Simonov isə 420 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right