Snukerdə yeni dünya çempionu

İngiltərənnin Şeffild şəhərində snuker üzrə dünya çempionatına yekun vurulub. İki həftə davam edən uzun marafonun ardından yeni çempion məlum olub. Belçikalı Luka Bresel finalda 4 qat dünya çempionu Mark Selbini məğlubiyyətə uğradaraq titulu əldə edib.

Qeyd edək ki, Belçika snukeri tarixində bu, bir ilkdir. Ümumiyyətlə , 1927-ci ildən bəri keçirilən snukerin dünya çempionatları tarixi ərzində 3-cü dəfədir ki, Britaniyadan olmayan idmançı ən güclü olur. Breselə qədər bir dəfə İrlandiyadan Ken Doherti , bir dəfə də Avstraliyadan Neyl Robertson dünya çempionu titulunu qazanıb.

Finala qədər Luka Breselin yolu çox çətin alınıb. ¼ finalda o , yeddiqat dünya çempionu Ronni O`Sallivanı məğlubiyyətə uğradıb. Həmin oyundan sonra keçirilən mətbuat konfransında Ronninin Breseli həddindən artıq çox təriflədiyi çoxlarını çaşdırmışdı. O`Sallivan həmin çıxışında buvaxta qədər zərbələri belə yerinə yetirən snukerçi görmədiyini dilə gətirmişdi. Sonrakı iki mərhələdə Ronninin dedikləri özünü doğrultdu. Yarımfinal mərhələsinin startında Bresel elə də yaxşı təsir bağışlamadığından böyük fərqlə – 5:14 hesabı ilə geridə idi. Lakin buna baxmayaraq, 17:15 hesabı ilə qələbə qazandı. Dünya çempionatları tarixində heç vaxt bir oyunçunun belə bir fərqi qapatdığı baş verməmişdi. Finalda isə Bresel snuker ailəsinin ən ehtiyatlı və çətin rəqiblərindən biri Mark Selbini məğlub etdi.

Luka Bresel (Belçika) – Mark Selbi (İngiltərə) 18:15

1-ci sessiya: 77-0 (77), 79-39, 90-28 (90), 38-94 (54), 90-23 (67), 71-55, 9-66 (62), 70-6 (70)

2-ci sessiya: 0-134 (134), 126-14 (99), 12-96 (96), 50-67, 72-4 (72), 67-19 (67), 1-76 (61), 0-147 (147), 48-71

3-cü sessiya: 113-24 (113), 73-0, 101-35 (101), 141-0 (141), 35-86 (63), 56-78 (54), 119-0 (119), 60-40

4-cü sessiya: 67-8 (67), 20-78 (78), 36-50, 0-122 (122), 0-81 (50), 0-95 (52), 66-2 (51), 112-0 (112).

Əlavə edək ki, dünya çempionatının qalibinə 500 min funt sterlinq mükafat verilir. Bundan başqa, maksimal breyklərə görə xüsusi mükafatlar təqdim edilir. Bu çempionatda 2 dəfə maksimal breyk (bir idmançının 147 xal yığması) baş verdi. Onlardan birini Mark Selbi final görüşündəki freymlərdən birində etməyi bacardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right