Azərbaycan millisi Tbilisidən 12 medalla qayıdır

Azərbaycanın para-pauerliftinq idman növü üzrə milli komandası ilk dəfə keçirilən komanda növü yarışında gümüş medal əldə ediblər.

Newsport.az-ın məlumatına görə, Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda yığmamızın üzvləri (Zəhra Dadaşova, Pərvin Məmmədov, Ceyhun Mahmudov) komanda yarışında 114.88 xal toplayaraq dünya kubokunun gümüş medalını qazanıblar.

Komandamızı yarışda yalnız Ukrayna millisi qabaqlaya bilib. Millimiz mötəbər yarışda Qazaxıstan, Tayland, Moldova komandalarını üstələyib.

Beləliklə, 8 idmançı ilə təmsil olunduğumuz dünya kubokunu para-pauerliftinqçilərimiz 7-si qızıl, 4-ü gümüş, 1-i bürünc olmaqla toplam 12 medal ilə başa vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right