Dünya Kubokunda 1 qızıl, 1 gümüş medal

Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb.

Newsport.az xəbər verir ki, para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib.

O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb.

Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O, fərdi kateqoriyada 205 kq nəticə ilə yarışı 4-cü yerdə başa vurub.

Qeyd edək ki, azərbaycanlı paraatlet Leyla Kərimova bir gün əvvəl Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right