Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatdı

Ötən gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turu çərçivəsində keçirilən iki oyun ilə müntəzəm mövsümə yekun vurulub.

Newsport.az xəbər verir ki, günün ilk oyununda “Sabah” və “Olimpik Şəki” komandaları qarşılaşıb.

Bu oyunda “Sabah” basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-offda “AAAF Xırdalan” ilə üz-üzə gələcəklər. Ən məhsuldar basketbolçular “Sabah”dan Kalin Kreyn (17 xal, 6 ribaund), “Olimpik Şəki”dən isə Endryu Uitset (29 xal, 8 ribaund) olublar.

Günün sonuncu oyununda NTD və “Neftçi” basketbolçuları arasında baş tutub. Bu matçda isə 101:89 hesabı ilə qalib gələn NTD pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq “Gəncə” komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib. Ən məhsuldar basketbolçular NTD-dən Zek Hadson (20 xal, 10 ribaund), “Neftçi”dən isə Mohsen Moradxani (24 xal, 13 ribaund) olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right