Azərbaycan çempionatına Əliyevin rekordları ilə yekun vuruldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.

Körpücük üzərinə son olaraq 81, 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində yarışan atletlər çıxıblar.

81 kq çəki dərəcəsində Füqan Əliyev toplam 316 kq (140+176) nəticə ilə qızıl medal qazanıb. Bununla yanaşı, o bu çəki dərəcəsində 3 rekord yeniləməyi bacarıb. Birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində 176 kq, toplamda isə 316 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.

Digər çəkilərdə müvafiq olaraq toplam 283 kq (130+153) nəticə ilə Əli Quliyev, toplam 280 kq (125+155) nəticə ilə Elşən Şərifov, toplam 240 kq (105+135) nəticə ilə Fuad Hümmətli, toplam 315 kq (140+175) nəticə ilə German Xaçmazov və toplam 300 kq (140+160) nəticə İsmayıl Qurbanov qalib adını qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right