Azərbaycan komandası Antalyada çempion oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız “Sport Beach Turkiye” turnirində iştirak ediblər.

Newsport.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.

3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü birinci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın üçüncüsü olub.

A Liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü dördüncü yeri tutub.

Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyadakı toplanışı davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right