Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Qadınlarda növbəti 5 çəkidə qaliblər müəyyən edilib. Dinara İbrahimli toplam 142 kq (62+80) nəticə ilə 59 kq çəki dərəcəsində, Fazilə İmanova toplam 160 kq (72+88) nəticə ilə 64 kq çəki dərəcəsində, Fidan Mirzəzadə toplam 175 kq (75+100) nəticə ilə 71 kq çəki dərəcəsində, Rahilə Hüseynzadə isə toplam 188 kq (85+103) nəticə ilə 81 kq çəki dərəcəsində çempion adını qazanıblar.

76 kq çəki dərəcəsində isə Günel Vəliyeva fərqlənib. O, toplam 247 kq (111+136) nəticə ilə öz çəkisində qalib gəlib. Bununla yanaşı, Günel bu çəkidə 3 Azərbaycan rekordunu yeniləyib. Birdən qaldırmada 111 kq, təkanla qaldırmada 136 kq, toplamda isə 247 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right