"Real" - "Partizan" matçında dava düşdü

Basketbol üzrə klublar arasında ən mötəbər turnir sayılan Avroliqada xoşagəlməz olay yaşanıb.

Newsport.az-ın məlumatına görə, "Real"(Madrid) - "Partizan" görüşündə dava düşüb.

Qarşılaşmanın 38-ci dəqiqəsində İspaniya nəhənginin basketbolçusu Sergio Lyullun Kevin Panterə qarşı etdiyi fouldan sonra ara qarışıb. Hakimlər briqadası baş verən hadisəyə görə oyunu yarımçıq dayandırıb.

Bu gün isə cəzalar açıqlanıb. “Real”ın basketbolçusu Qerşon Yabuseleyə 5, Qabriel Dekə 1, “Partizan”dan isə Kevin Punterə 2, Matiyas Lessorta 1 oyunluq cəza verilib. Bununla bərabər, İntizam Komitəsi hər iki komandaya 50 min avro cərimə kəsib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right