Daha iki komanda növbəti mərhələdə

MBA-da bu gecə dörd oyun baş tutub. İki görüşdə nəvbəti mərhələyə vəsiqəni təmin edən komanda müəyyənləşib.

Ən böyük sensasiya “Miluoki Baks”ın mübarizəni dayandırmasıdır. MBA tarixində bir konfrans lideri heç bir zaman belə fərqlə ilk mərhələdə məğlub olmamışdı. “Mayami Hits” dünən keçirilən qarşılaşmanı overtaymdan sonra qalib tamamlayıb – 128:126.

Son perioda qədər “Miluoki”nin işləri qaydasında gedirdi. Vəziyyətin bu cür dəyişəcəyini heç kim ağlına belə gətirməzdi. Lakin son bir neçə gün ərzində MBA-da inanılmaz geridönüşlər baş verir. Son periodu 32:16 hesabı ilə qazanan qonaqlar rəqibin sevincini gözündə qoyub. Bu dəfə də Batleri qeyd etmək lazımdır. O , görüşü 42 xalla tamamlayıb. Məhz Cimminin sona 0,5 saniyə qalmış dəqiq atışı hesabı bərabərləşdirib. Oladiponun zədələnməsi hələlik komandaya təsirsiz ötüşür. Adebayo oyunda tripl-dabl edib. “Miluoki”nin lideri Yannis Adetokumbo dabl dabl-dabl (28 xal+20 ribaund) etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə də, Mayami komandası seriyanı 4:1 hesablı qələbəylə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right