İdmançılarımız Avropa çempionatını 9 medalla başa vurdular

İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə millilərimiz yarışı 9 medalla başa vurub. Bunlardan 2-si gümüş və 7-si bürünc medaldır.

Belə ki, gənc samboçularımızdan Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc, yeniyetmə idmançılarımızdan Elsevər Verdiyev (64 kq) gümüş və Amin İsmayılov (53 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl böyüklərdən Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə etmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right