“Neftçi” voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

Newsport.az xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” üçüncü yeri tutub.

Bu komanda əvvəlki iki görüşdə rəqibinə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşə bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü üstələyən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəlsə, çempion adını qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right