“Bu, çox fərqli hissdir” Avropa çempionumuz

“Avropa çempionatına qızıl medal qazanmaq üçün gəlmişdim. Fəxr edirəm ki, ölkəmin bayrağını qaldırdım. Bu həyatımın ən gözəl günlərindən biridir”.

Newsport.az xəbər verir ki, bu sözləri Dünya Güləş Birliyinin saytına müsahibəsində ötən gün Avropa çempionu olan Əliabbas Rzazadə deyib. 

Gənc idmançımız qazandığı qızıl medaldan danışıb: “Ötən il finala çox yaxınlaşmışdım, amma uduzdum. Bu dəfə isə qızıl qazana bildim. Çox fərqli hissdir. Mən iddialı idmançıyam. Fikrimcə, zəif deyiləm və digər idmançılar da məni çətin rəqib kimi görür. Qarşıdakı illərdə daha çətin olacaq. Serbiyada keçirilən dünya çempionatını səbirsizliklə gözləyirəm. Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyirəm, həm də dünya çempionu tituluna sahib çıxmaq niyyətindəyəm”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right