Azərbaycan cüdoçularından Avropa kubokunda 4 medal

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, turnirin ilk günündə 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanların yarışında -66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq çəkidə Nizami İmranov və -66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.

Qızların yarışında -78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right