Türkiyəli atletdən Azərbaycana dəstək: “Yanınızdayıq”

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş Azərbaycana dəstək nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, o, qazandığı uğurla bağlı ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik. Onlara salam olsun. Sizi çox sevirik, yanınızdayıq”.

Xatırladaq ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub. O, bir gün öncə baş tutan AÇ-nin açılış mərasimində Azərbaycan bayrağının yandırılması və nəticədə yığmamızın turnirdən imtinası səbəbindən qazandığı uğuru ölkəmizə həsr edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right