“McLaren”in piloti: “Azərbaycan Qran Prisi mövsümün qalan hissəsi üçün çox vacibdir”

“Azərbaycan Qran Prisi mövsümün qalan hissəsi üçün çox vacibdir”.

Newsport.az xəbər verir ki, bunu “McLaren”in pilotu Oskar Pyastri “Formula 1” üzrə dünya çempionatının Azərbaycan Qran Prisi barədə danışarkən deyib.

Mövsümün əvvəlində Daniel Rikkardonu əvəzləyən 22 yaşlı avstraliyalı idmançı Bakıdakı yarışla birlikdə yüksəlişə keçəcəklərinə inanır: “Boliddəki yenilənmələr Azərbaycan Qran Prisində öz bəhrəsini verməlidir. Bu, Bakıdakı yarışdan etibarən bizə sıralamanın yüksək yerlərinə yaxınlaşmağa mütləq kömək edəcək. Düşünürəm ki, Bakıya gəlişimiz mövsümün bundan sonrakı hissəsi üçün daha böyük planda yaxşı addımdır”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right