Azərbaycanı Avropa Oyunlarında onlar təmsil edəcəklər

Azərbaycanı Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa Oyunlarında təmsil edəcək şahmatçılar müəyyənləşib.

Newsport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. 

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq. Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right