Ağamirovadan Fransada daha 3 medal

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü xeynəlxalq qran-pridə daha üç medal qazanıb.

Newsport.az xəbər verir ki, idmançı gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala sahib çıxıb.

O, öncədən çoxnövçülük proqramında da gümüş medala yiyələnib.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandanın üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla “gümüş”, 5 halqa ilə hərəkətlərin icrasında “bürünc” qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right