ABF prezidenti Fransada

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Fransaya səfər edib.

Newsport.az xəbər verir ki, o, səfər zamanı Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib.

Parisdə keçirilən görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət baş tutub. Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Sonda qeyd edək ki, may ayında Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right