Azərbaycan çempionatının yarımfinalçıları məlum oldu

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.
 
Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunlarında “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.
 
Martın 30-da kişi voleybolçuların Yüksək Liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üz-üzə gələcək.
 
Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
 
Yüksək Liqa (qadınlar)
Yarımfinal (1-ci oyun)
 
16:00 “Abşeron” - “Murov”
18:00 “Azərreyl” - UNEC
 
Yüksək Liqa (kişilər)
Yarımfinal (1-ci oyun)
16:00 “Murov” - MOİK
18:00 “Xarı bülbül” - “Neftçi”
 
Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right