“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçular mübarizəyə start verir Yenilənir

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə qoşulacaq.

Newsport.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.

Məmmədəliyev gürcüstanlı Mixeili Baxbaxaşvili ilə, Mirzəyev italiyalı Eduardo Mella ilə üz-üzə gələcək. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini, Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.

Böyük Dəbilqə

73 kq

1/32 final: Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan)
1/32 final: Nəriman Mirzəyev – Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan)
1/16 final: Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya)

Yarışın ilk günündə Turan Bayramov (60 kq) “qızıl”, Gültac Məmmədəliyeva (52 kq) isə “bürünc” qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right