Azərbaycan cüdoçularından Gürcüstanda 1 qızıl, 1 bürünc medal

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.

Qadınların yarışında 52 kq-da yer alan Gültac Məmmədəliyeva isə bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Junu yenərək yarışı üçüncü sırada başa vurub.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

“Böyük Dəbilqə” martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right