Məmmədli Türkiyədəki turnirdə “gümüş” qazandı

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatçıları sırasına düşüb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran Məmmədli 1/4 finalda Duru Kırbacı, yarımfinalda Gülce Dönmezi mübarizədən kənarlaşdırıb.

Finalda digər yerli idmançı Nil Başarana 2:3 hesabı ilə uduzan Məmmədli, turnirin gümüş mükafatına layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right