“Gəncə” “Olimpik Şəki”yə səfərdə qalib gəldi

Bu gün Şəki Olimpiya İdman Kompleksində Basketbol Liqasının 22-ci turunun bağlanış oyunu baş tutub.

Newsport.az xəbər verir ki, “Olimpik Şəki” doğma azarkeşlər önündə “Gəncə” basketbolçularını qəbul edib.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər parketdən 94:77 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə ilə “Gəncə” turnir cədvəlində 3-cü sıraya yüksəlib. Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (20 xal, 8 ribaund), “Gəncə”dən isə Kollin Törner (20 xal, 8 asist) olublar.

23-cü tur Azərbaycan kubokunun oyunlarından sonra start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right