Avropa çempionatı: Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

Newsport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/4 final mərhələsində Mariya Ferone (İtaliya) ilə üz-üzə gələcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda Aleksandr Xomenetslə (Ukrayna), 65 kq-dakı Birgül Soltanova eyni raundda Gergana Stoyanova (Bolqarıstan) ilə güləşəcək.

Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda görüşdə Mihaela Samoillə (Moldova), 68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici qarşılaşmada Karolina Kozlovskayla (Polşa) güləşəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right