Millimiz Niderlandda 2 qızıl medal qazandı

Eyndhovendə açıq Niderland çempionatına start verilib.

Newsport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Qeyd edək ki, yarışa martın 12-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right