"Xarı bülbül" MOİK-dən güclü oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir təxirə salınan oyun keçirilib.

Newsport.az-ın məlumatına görə, VII turun baş tutmayan “Xarı bülbül” - MOİK matçı Voleybol Mərkəzində təşkil olunub. Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb - 25:08, 25:19.

Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında III dövrə başa çatıb. Üç dövrədən sonra “Murov” 26 xalla turnir cədvəlinə liderlik edir. 15 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

VII tur ( təxirə salınan oyun)
“Xarı bülbül” - MOİK 3:0 (27:25, 25:08, 25:19)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right