Azərbaycan Basketbol Liqasında 19-cu tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bu gün "Olimpik Şəki" doğma meydanda "Zirvə Astara"nı qəbul edib. Qarşılaşma qonaqların 89:73 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Olimpik Şəki"dən Larri Robinson (18 xal, 6 ribaund), "Zirvə Astara"dan isə Zaur Paşayev (20 xal, 9 ribaund) olublar.
Bu turun daha əvvəl baş tutmş oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Sərhədçi" – "AAAF Xırdalan" – 66:73, NTD – "Sabah" – 72:82, "Gəncə" – "Neftçi" – 83:73