Bir boksçumuz finalda, digəri bürünc medal qazandı

Azərbaycan boksçusu Aynur Rzayeva (+81 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib. Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right